UEFA Millətlər Liqasında "dördlər finalı"na start verilib.
Fanat.Az xəbər verir ki, A Liqasında qrup qaliblərinin qatıldığı yarışın ilk yarımfinalında Portuqaliya və İsveçrə yığmaları üz-üzə gəlib.
Portu şəhərindəki "Draqao" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qalib komandadan hər 3 qolu kapitan Kriştiano Ronaldo vurub. İsveçin yeganə qoluna isə penaltidən Rikardu Rodriges imza atıb.
Qeyd edək ki, digər yarımfinal matçı bu gün Gimaraynş şəhərində Hollandiya və İngiltərə yığmaları arasında olacaq. İyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək. Həlledici mərhələnin bütün görüşləri Portuqaliyada keçirilir.
UEFA Millətlər Liqası
Yarımfinal
5 iyun
Portuqaliya - İsveçrə 3:1
Qollar: Kriştiano Ronaldo, 25; 88; 90 - Rikardu Rodriges, 57-pen.
Portuqaliya: 1. Rui Patrisiu, 3. Pepe, 4. Ruben Diaş, 5. Rafael Gerreyro, 7. Kriştiano Ronaldo (k.), 10. Bernardu Silva, 14. Uilyam Karvalu, 16. Brunu Fernandeş, 18. Ruben Neveş, 20. Nelson Semedo, 23. Joao Feliks.
Baş məşqçi: Fernandu Santuş.
İsveşrə: 1. Yan Sommer, 2. Kevin Mbabu, 5. Manuel Akanji, 8. Remo Fröler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k.), 13. Rikardu Rodriges, 14. Stiven Tsuber, 17. Denis Zakaria, 22. Fabian Şer, 23. Cerdan Şakiri.
Baş məşqçi: Vladimir Petkoviç.
Baş hakim: Feliks Brıx (Almaniya).
Porto. "Estadio do Dragao" stadionu.
Fanat.Az