"Barselona"nın ulduzu Lionel Messi övladları barədə danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçu kiçik oğlunun hər zaman oyun zamanı onun əleyhinə getdiyini bildirib:
"Böyük oğlum Tyaqo matçların heç birini buraxmır. Mateo da futbolu bəyənir, amma həmişə mənim rəqibim olan komandalara azarkeşlik edir. Məsələn, keçən dəfə məğlub olduğumuz "Liverpul”a, sonra "Valensiya”ya azarkeşlik edirdi. Hətta birlikdə futbola baxanda, "Real” qol vuranda sevinir. Deyəsən, "Real” fanatıdı".
Fanat.Az