UEFA Millətlər Liqasında daha bir yarımfinal görüşü keçirilib.
Fanat.Az xəbər verir ki, finala növbəti vəsiqə uğrunda görüşdə Hollandiya və İngiltərə yığmaları üz-üzə gəlib.
Bu komandalar 23 ildən sonra yenidən qarşılaşıb. İki komanda arasında 1996-cı il Avropa çempionatına təsadüf etmiş ilk matçda İngiltərə böyük hesabla qalib gəlmişdi - 4:1. Komandaların indiki heyətlərindən 10 futbolçu həmin vaxt dünyaya gəlməmişdi.
İngiltərə son 7 oyununda uduzmamışdı. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv bu görüşlərdən 5-də qələbə qazanmışdı.
Hollandiya isə A Liqasında Fransa və Almaniya yığmaları ilə birgə yer aldığı 1-ci qrupun qalibi olub. İngiltərə isə 4-cü qrupda İspaniya və Xorvatiyanı geridə qoyub.
Oyuna ingilislər yaxşı başlayıb və 31-ci dəqiqədə Markus Raşford penaltidən hesabı açıb. Hollandiya buna 73-cü dəqiqədə Matteys de Liqtin qolu ilə cavab verib. Əsas vaxtda üçüncü qol vurulmadığından qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqədə iki qol vuran Hollandiya finala çıxıb. Hollandlar əvvəlcə Kayl Uokerin avtoqoluna, ardınca Kvinsi Promesin qoluna sevinib.
Qeyd edək ki, Hollandiya finalda Portuqaliya ilə görüşəcək. İngiltərə isə 3-cü yer uğrunda matçda İsveçrəyə rəqib olub. Son oyunlar iyunun 9-da keçiriləcək.
UEFA Millətlər Liqası
Yarımfinal
6 iyun
Hollandiya - İngiltərə 3:1
Qollar: Matteys de Liqt, 73. Kayl Uoker, 97 (avtoqol). Kvinsi Promes, 114 - Markus Raşford, 31-pen.
Hollandiya: 1. Yasper Silessen, 3. Matteys de Liqt, 4. Vircil van Deyk, 17. Deyli Blind, 22. Denzel Dyunfris, 8. Corcinyo Veynaldum, 21. Frenki de Yonq, 15. Marten de Ron, 7. Stiven Berqveyn, 10. Memfis Depay, 9. Rayan Babel.
Ehtiyat oyunçular: 13. Kennet Vermer, 23. Marko Bizot, 2. Hans Hatebur, 5. Natan Ake, 6. Davi Pröpper, 11. Kvinsi Promes, 12. Patrik van Anholt, 14. Stefan de Vrey, 16. Kevin Strotman, 18. Toni Vilena, 19. Luk de Yonq, 20. Donni van de Bek.
Baş məşqçi: Ronald Koman.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uoker, 5. Con Stounz, 6. Harri Maquayr, 14. Bencamin Çilvell, 17. Fabian Delf, 16. Deklan Rays, 18. Ros Barkli, 19. Markus Raşford, 11. Ceydon Sanço, 10. Rahim Sterlinq.
Ehtiyat oyunçular: 13. Cek Batlend, 23. Tom Hiton, 3. Deni Rouz, 4. Erik Dayer, 7. Cessi Linqard, 8. Cordan Henderson, 9. Harri Keyn, 12. Co Qomes, 15. Maykl Kin, 20. Dele Alli, 21. Kallum Uilson, 22. Trent Aleksandr-Arnold.
Baş məşqçi: Qaret Sautqeyt.
Baş hakim: Kleman Turpen (Fransa).
Portuqaliya. "Estadio D.Afonso Enrikes".
Fanat.Az