11:03 06.06.2019 1700

Milli formadan şəxsi mənafeyi üçün istifadə edən Rəfiyev

"Sumqayıt” daha iki oyunçusunu itirəcək. Ötən yay komandaya cəlb olunan Əli Babayev və Aleksey İsayev yol üstədi.
 
Ölkə kubokunun finalçısının aparıcı oyunçuları fərqli istiqamətlərə gedir. Əli vətəni İsrailə dönürsə, Aleksey başqa kluba satılacaq.  Ötən mövsümə əla başlayan, sonra isə sıradan futbolçuya çevrilən cütlük artıq onları dəyərə mindirən, potensiallarını açmalarına yardımçı olan "Sumqayıt”ın verdiyi maaşı bəyənmir və daha çox qazanacaqları yer axtarırlar.
 
Futbolda gözlənilən proseslərdi – bu gün burdasan, sabah harada olacağını kimsə bilmir. Vəziyyətə, şəraitə görə hərəkət etməli olursan. İsayevlə Babayev də bu cür davranır, daha çox qazanacaqları yerə qaçırlar.
 
Lakin burada məntiqsiz olan bir məqam var. "Sumqayıt” bu köçəri quşları bir ayın içində milliləşdirdi, AFFA-dakı hamilərin hesabına yığma oyunçusu etdi. İndi onların vizit kartında Azərbaycan millisinin oyunçusu olmaları haqda bənd var. Bu isə futbolçuların daha çox qazanmasına, qiymətə minməsinə hesablanıb.
 
Klubun menecer prezidenti Riad Rəfiyevə də "Sumqayıt” zatən bunun üçün lazımdı. İndi bu futbolçular Rəfiyevə məxsus, ondarma rəhbər qoyduğu menecerlik şirkətinin – "3R”-in müştəriləridi. Və onların satışından əldə olunan gəlir, bağladığı müqavilədən gələn komisiyon haqqı Riada çatacaq. Azərbaycan polisini ələ salması ilə yadda qalan, İsrail qanı ilə fəxr edən Əli, ürəyi Rusiya üçün döyünən Aleksey millimizi yalnız öz dəyərlərini artırmaq üçün seçib, yığmamızdan məqsədləri naminə istifadə ediblər. Rəfiyev də bu işdə hər şey edib. Milli komandanın baş məşqçi postuna gətirdiyi Nikola Yurçeviç onun hər xahişinə "baş üstə” deyir, əl-ələ verib pul qazanırlar.
 
"Sumqayıt”ın sabahı isə kimsənin vecinə deyil. Adını gəncləşdirmə siyasəti qoyaraq, ölkənin əsas şəhərərindən birini rəzil günündə olan komandaya möhtac edəcəklər. Yerli azarkeşlərin hər oyun ürəyi ağzına gələcək, sevincə həsrət qalacaqlar, Rəfiyev isə qatladığı yüzminlərin kefini çıxaracaq. Kirvəsi Elşad Nəsirovun sayəsində gözəl həyat onun üçün bitməyəcək. Daydaylı həyar çox zövqlüdü.

Mənbə: Futbolinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X