Kinsi Volanskinin Çempionlar Liqasının finalında yarıçılpaq halda meydana çıxmasının səbəbi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı aktrisa və modelin əynindəki alt paltarının üzərində porno saytlardan birini reklamı olub. Kinsi Volanskinin bu addımı sevgilisi, blogger Vitali Zdorovetskinin sahibi olduğu sayta 4 milyon dollar reklam gəliri qazandırıb.
Qeyd edək ki, Kinsi Volanski bu addımı atmazdan öncə "Instagram" hesabında 400 min izləyicisi olub. "Tottenhem” - "Liverpul” oyunundan sonra isə xanımın səhifəsinə kütləvi axın başlayıb və 2 milyonu keçib.
Kinsey Volanski adlı bu qız məşhur blogger Vitali Zdorovetskinin sevgilisidi. Özünün "VitalyzdTv" kanalını idarə edən rus Vitalinin videolarını təkcə bu il 1,65 milyarddan çox insan izləyib. Hazırda onun bloqunun dəyəri 7,2 milyon dollar hesablanır. Vitali təkcə youtube videolarından ayda 400 min dollardan çox pul qazanır. 22 yaşlı model Kinsey Volanski ilə sevgili olan Vitali onu da videoçəkilişlərində istifadə edir.
Qeyd edək ki, "Liverpul" 2:0 hesabı ilə qalib gəlib və Çempionlar Liqasının qalibi olub.
Fanat.Az