UEFA Millətlər Liqasının A divizionunun finalında keçiriləcək Portuqaliya - Hollandiya oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, iyunun 9-da keçiriləcək Portuqaliya - Hollandiya matçı ispaniyalı referi Alberto Undiano Malyenkoya həvalə olunub.
Eyni gündə İngiltərə və İsveçrə arasında olacaq bürünc medal uğrunda matçı isə rumıniyalı Ovidiu Alin Hateqan idarə edəcək.
Fanat.Az