Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Səbail" təlim-məşq toplanışına dünən başlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanışın ikinci mərhələsinə iyunun 18-də başlayacaq.
Həmin vaxta qədər Bakıda hazırlaşacaq komanda ayın 18-də Bolqarıstana yollanacaq. Baş məşqçi Aftandil Hacıyev iyulun 2-dək yetirmələrinə adıçəkilən ölkədə toplanış keçəcək.
Hazırlıq müddətində neçə yoxlama görüşünün keçiriləcəyi və rəqiblərin kimliyi hələ bəlli deyil.
Fanat.Az