22:58 08.06.2019 1916

Nikola Yurçeviç: "Nazarovla Dadaşov yaxşı deyildilər"

"Azarkeşlərimizə bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm”.

 

 

Fanat.az xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə məxsusdu.AVRO-2020-nin seçmə qrup mərhələsinin III turunda Macarıstanı qəbul edən yığmamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.


 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: "İlk 10-15 dəqiqədə həyəcanlı idik. Macarlar standart vəziyyətlərdən təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Getdikcə oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv, topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra çox tez qol buraxdıq. Bu oyunda daha artığına layiq idik”.


 

- Geriyə ötürmələri topa nəzarət kimi nəzərdə tutursunuz?
- Bayaq da dediyim kimi, çox yaxşı mübarizə apardıq, tək fərq standart vəziyyətlər idi. Bəli, çox geri ötürmələr var idi. Rəqib yaxşı pressinq etdiyindən, irəliyə oynamaq çətin olurdu.


 

- Rahil Məmmədov əlacsızlıqdan meydana buraxmışdınız, yoxsa alternativi yox idi?
- Bəli, bu gün bir az həyəcanlı idi. Əlindən gələni etdi, onu tənqid etmək istəmirəm. Bizim mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz də yoxdu.


 

- Düşünmürsünüz ki, heyət seçimi zamanı hücum xətti ilə bağlı səhvə yol vermişdiniz?
- Hücum xətti ilə bağlı səhv etdiyimi düşünmürəm. Fikirlər fərqli ola bilər. Komanda olaraq yaxşı mübarizə apardıq. Standart vəziyyət oyunun tərkib hissəsindən biridi. Bu gün də bu amil öz sözünü dedi.


 

- Hər kəs bizə ən münasib rəqib kimi Macarıstanı görürdü, ancaq uduzduq. Buna baxmayaraq, çox pozitivsiniz...
- Demirəm ki, hər şey pozitivdi. Nəticəyə görə çox üzülürəm.


 

- Renat Dadaşov ilk hissədə meydanda görünmürdü. Onu gec əvəzləməyinizin səbəbi nə idi? Həmçinin, Dmitri Nazarovu da qeyd etmək olar...
- Həm Dadaşov, həm də Nazarov fasilədən sonra yaxşı çıxış etdi. Düzdü, ilk hissədə yaxşı deyildilər. Daha çox Nazarov nəsə etməyə çalışırdı. Sonradan meydana daxil olan futbolçular da oyunu canlandırdılar. Oyunda müsbət məqam, demək olar ki, yox idi. Bu görüşü unudacağıq. Növbəti gündən Slovakiya ilə oyunun heyəti barədə düşünəcəyik.


 

- Ramil Şeydayevi cinahda oynatmaqla onun əl-qolunu bağladığınızı düşünmürsünüz?
- Şeydayevlə bu barədə danışmışdım. Ramil Rusiya çempionatında da bu mövqedə çıxış edir. Bu səbəbdən qeyri-adi seçim deyildi. Onu cinahda oynatmağımızda məqsəd daha təhlükəli olmaqistəməyimiz idi. Məğlub olmuşuqsa, belə sualları normal qarşılayıram.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X