Bu gün UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşəcək.
Fanat.Az xəbər verir ki, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gələcək.
Onların yarımfinalda müvafiq olaraq, üstələdikləri İsveçrə və İngiltərə milliləri isə 3-cü yer uğrunda matça çıxacaqlar. Bu komandaların hamısı A Liqasında qrup qalibi olub.
Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda görüş
17.00 İsveçrə - İngiltərə
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya).
Gimaraynş, "Estádio D. Afonso Henriques".
Final
22.45 Portuqaliya - Hollandiya
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya).
Portu, "Estadio do Dragao".
Fanat.Az