UEFA Millətlər Liqasının üçüncü yer uğrunda oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Portuqaliyanın Gimaraynş şəhərində keçirilən görüşdə İsveçrə və İngiltərə milliləri qarşılaşıb.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Bu səbəbdən qalib penalti seriyasında müəyyənləşib. Burda daha dəqiq olan İngiltərə futbolçuları bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, turnirin final oyunu bu gün Portuqaliya və Hollandiya arasında keçiriləcək. Portu şəhərindəki "Estadio do Dragao" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.
UEFA Millətlər Liqası
3-cü yer uğrunda görüş
9 iyun
İsveçrə - İngiltərə 0:0 (penalti - 5:6)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya).
Gimaraynş, "Estádio D. Afonso Henriques".
Fanat.Az