22:09 09.06.2019 1733

Milyonun 2 “0”-ı düzəldi. Siz söyməyə davam edin... - MƏTBUATDAN SEÇMƏLƏR

Macarıstana uduzduq? Hə, nə olsun ki? Hələ də əsəbləşirsiz? AFFA rəhbərliyi 12 il ərzində sizdə bu hissə qarşı immunitet yarada bilməyibmi?


 

***

 

Milli komandada milli ruh, vətən üçün döyüşmək, azarkeş üçün oynamaq, ayaq altına baş qoymaq kimi özəlliklər görmədik. Sanki 8-ci kilometr uşaqlarının oyunu idi, hətta onlar olsaydı, məhəllənin şərəfi naminə daha əzmkar olardılar. Macarıstan qarşısına çıxan "yığılmışlar komandası” isə sadəcə, 90 dəqiqəni yola verdilər. Məğlubiyyətə, heç-heçəyə görə mükafat alan cocuqlardı, Rövnəq babanı qılıqlayıb tərlədəcəklər,əsas bacarıqlarını paltardəyişmə otağında göstərəcəklər, meydanda can qoymağa nə lüzum var?


 

***

 

Futbolumuz can üstədi. Artıq dəyişməyə, oyunu gücləndirməyə ehtiyat oyunçu yoxdu. Meydandakıların leşi çıxmışdı, kiminlə əvəz etsinlər? Aşağı-yuxarı hamısı eyni gündədi.


 

***

 

Matçdan sonra AFFA rəhbərliyindən kimsə mətbuat qarşısına çıxmadı. Siçan deşiyinə girdilər. Dövlət rəhbərliyi Avro-2020-nin final mərhələsinə vəsiqə gözləyir, bunlar isə xal qrafasına "0”lar əlavə edirlər. Ən azı 6 "0” olmalıdı ki, Nikola Yurçeviçə verilən 1000000 avronu simvolizə edə bilsinlər. 3-cünü slovaklar təşkil edəcək.


 

***

 

O azarkeşlərə yazıq deyilmi? Fan-klubların sayəsində "Bakcell Arena” dolduruldu, milliyə dəstək verildi. İnandılar, növbəti dəfə güvənib, gəldilər. Bəs, onların yenə gəlməsi üçün milli komanda nə etdi? Bu azarkeşlər hər dəfə təhqir olunmalarına rəğmən, Azərbaycan naminə tribunaları doldururlar, "bəlkə bu dəfə alındı” deyə gəlirlər, dəstək verirlər.

 

Boş ümidlərdi. Rövnəq Abdullayev, Rauf Əliyev, Elşad Nəsirov, Elxan Məmmədov və digər hakimi-mütləqlər 12 ildi Azərbaycan futbolunun qəbrini qazır. Heç ölünün qıdığı gəldiyini görmüsüz? Daha qımıldanmırıq da, gələn-gedən vurub gedir. Sonra da adını çəkdiklərimizin ruhuna öz leksikonlarına uyğun fatihə oxuyurlar.


 

***

 

Macarlar hər dəfə qol vuranda AFFA rəhbərliyi yerindən dik atılır, televizor olan otağa qaçır, təkrara baxırdı. Sanki biz batırırdılar, dikinə-diksinə qalmışdılar. Bir xeyli ət tökdülər. Nəsirov yağlamaq üçün bir şey fikirləşəcək, yuxarıdakıların könlünü almağa çalışacaq, amma belə əziyyəti Allah düşmənə də göstərməsin.


 

***

 

Start heyətində meydana buraxılan futbolçulardan yarıdan çoxu – 6 nəfəri Azərbaycanda yetişməyənlər idi. AFFA rəhbərliyinin bacardığı iş ancaq budur – ya milliləşdirir, ya da harda bizimlə kiçicik bağlılığı olan birini gördülər, tutub gətirirlər. İllərdi milyonlar dağıdırlar, öz yetişdirdikləri isə Belarusda darmadağın olan və ya Lixtenşteynə tarixinin ilk qələbəsini qazandıran cocuqlardı.


 

***

 

Macarıstan sıradan bir komandadı. Belə ortababları ən azı ev oyunlarında yenmək lazımdı. Ustalıq çatmayan yerdə əzmkarlıqla, azarkeş dəstəyi ilə. Azarkeşlər yerində idi, sadəcə, futbolçuların canında qeyrət qalmamışdı, baş məşqçi Nikola Yurçeviç isə səviyyəsizliyini bir oyunla göstərdi. Beləsinə 1 milyon avro verənlərin ağlına şübhə etmək istəyirsən. Macarlar fövqəladə futbol oynamadı, bununla belə, istədikləri dəqiqələrdə qollarını vurdular. Xorvat məşqçimiz onların rahat oynaması üçün hər şəraiti yaratmışdı.


 

***

 

Məşqçini, futbolçuları qınaya bilmirəm. Yurçeviç pul qazanmağa gəlib, oyunçuların da maksimumu budur. Bütün günah idarəçilərdədi, strategiya yanlışdı, rəqabət mühiti yaradılmır, gənc nəslə diqqət yoxdu. Heç kim sabahı fikirləşmir, imkan düşmüşkən ciblərini doldururlar, sabah nə olar, olar. Yəqin vəzifələri daha da artar. Çünki iş bacarmayanları yüksəldiyi ölkədə yaşayırıq.


 

***

 

Artıq bu insanlara tənqid də təsir etmir, Yavaş-yavaş təhqirə immunitetləri yaranır. Biz məğlubiyyətlərə necə öyrəşmişiksə, onlar da söyüşə adətkar olublar. Söyülməyəndə narahat olurlar. Hər dəfə uduzduqca söyün – həm də yeddimərtəbəli...

 

 

 

Mənbə: futbolinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X