Çempionlar Liqasının "Liverpul"la "Tottenhem" arasında keçirilən final matçı zamanı yarıçılpaq şəkildə meydana çıxaraq bütün dünyada məşhurlaşan Kinsi Volanski maraqlı açıqlamalar verib.
"The Sun" nəşrinin əməkdaşı Corcinya Bisvala danışan aktrisa və model futbolçulardan sevgi mesajları aldığını bildirib.
"Adlarını açıqlamaq istəmirəm, amma meydana çıxdıqdan sonra bir neçə "Liverpul" futbolçusu mənə sevgi mesajı yazıb. Hətta biri ürək emojisi də göndərib. Başqa biri isə "Matçda səni gördüm" yazmışdı. Açığı profillərinə baxana qədər onların kim olduğunu bilmirdim. Amma heç birinə cavab vermədim. Çünki mənim sevgilim var" deyə Kinsi Volanski bildirib.
Qeyd edək ki, Kinsi Volanski bu addımı atmazdan öncə "Instagram" hesabında 400 min izləyicisi olub. "Tottenhem” - "Liverpul” oyunundan sonra isə xanımın səhifəsinə kütləvi axın başlayıb və 2,5 milyonu keçib.
Kinsey Volanski adlı bu qız məşhur blogger Vitali Zdorovetskinin sevgilisidi. Özünün "VitalyzdTv" kanalını idarə edən rus Vitalinin videolarını təkcə bu il 1,65 milyarddan çox insan izləyib. Hazırda onun bloqunun dəyəri 7,2 milyon dollar hesablanır. Vitali təkcə youtube videolarından ayda 400 min dollardan çox pul qazanır. 22 yaşlı model Kinsey Volanski ilə sevgili olan Vitali onu da videoçəkilişlərində istifadə edir.
Qeyd edək ki, "Liverpul" 2:0 hesabı ilə qalib gəlib və Çempionlar Liqasının qalibi olub.
Fanat.Az