08:53 13.06.2019 1820

“Elmar Məmmədyarovun orada nə işi var, futbol bilir?”

"Futbolu futbol mütəxəssisləri müzakirə etməlidirlər. Məsələn Elmar Məmmədyarovun AFFA-nın İcraiyyə Komitəsində nə işi var?".

Fanat.Az xəbər verir ki, bu sözləri yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas millimizin Slovakiya qarşısındakı məğlubiyyətinə münasibət bildirərkən deyib.

Onun fikrincə, Azərbaycanda futbolun bu səviyyədə olmasına səbəb regionlarda bu sahəyə olan diqqətsizlikdir:



"Azərbaycan milli komandasının yaxşı oynaması üçün regionlarda futbol inkişaf etməlidir və uşaq futboluna xüsusi diqqət göstərilməlidir. Azərbaycanda futbol yetişdirən rayonlar olub, Lənkərandır, Tovuzdur, Gəncədir, Ağdamdır, Bakı öz yerində, Quba və Zaqatalada da son zamanlar inkişaf var idi. Yəni regionlarda futbol sahəsində inkişaf olmazsa, büdcə qoyulmazsa bu iş alınan deyil. Düzdür regional turnirlər keçirilir amma, bu çox zəif təşkil olunur".

A. Abbas, yüksək liqada 16 komanda olacağı təqdirdə seçim şansının artacağını deyib: 

"Əgər yüksək liqada 16 komanda olarsa həm futbolçuların təcrübələri artar, həm də seçim şansı çoxalır. Yoxsa 8 komanda, hansı ki onun da yarısı xaricilərdir, yerdə qalır 50 futbolçu, burdan nə seçə bilər ki baş məşqçi? Futbolçu çatışmazlığı var. I divizyonun da səviyyəsi aşağı olduğu üçün oradan da milliyə oyunçu dəvət etmək mümkün deyil. Ona görə də gərək yüksək liqadakı komandaların sayı artırılsın. Mən hər zaman demişəm, həllə biz uzun müddət yerli məşqçilərlə işləməliyik. Çünki burada məşqçi ilə futbolçu arasındakı ünsiyyət əsas faktorlardandır. Yoxsa Yurçeviç gəlib, xoş gəlib. İşini görüb maaşını alır. Millinin oyunundan üç gün əvvəl gəlir Bakıya, sonra da çıxıb gedir evinə".

Deputat bildirib ki, futbol mütəxəssislərin ixtiyarına verilməlidir: 

"AFFA region liqaları yaratsa da bu uğursuz oldu. Bu məsələni oturub futbol mütəxəssisləri müzakirə etməlidirlər. AFFA İcraiyyə komitəsi var. Məsələn Elmar Məmmədyarovun orada nə işi var? Futbol bilir? Təbii ki, orada əsl mütəxəssislər də var. Onlar bu işi götür-qoy etməlidirlər. Məsələn deyirlər AFFA istefa versin. AFFA istefa edəcək, aparıb məni qoyacaqlar. Ona görə deyirəm ki, futbolu bilən adamlar bu məsələ ilə məşğul olmalıdırlar. I divizyonda oynayır, birinci yeri tutur, gah deyirlər sənin pulun çatmadı, gah da deyirlər uşaq futbolunda çatışmazlıq var, ona görə də səni götürmürük. Təkcə Qəbələdən başqa bütün komandalar Bakıdadır. Heç Sumqayıt da region sayılmır. Qarabağın da adı regiondu, bütün bazası Bakıdadır. Niyə Xəzər-Lənkəran, Kəpəz, Turan olmamalıdır. İnterin adını dəyişib Keşlə qoyanda nə olur ki guya?".

Qeyd edək ki, dünən Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiya millisinə 1-5 hesabı ilə məğlub olub. Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

Facebookdan bizi izləməyi unutmayın.
X