PSJ-nin futbolçusu Kilian Mbappe bu dəfə "Twitter"dəki paylaşımı ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, bir səhifə onunla bağlı xəbər dərc edərək "Mbappenin menecerləri PSJ rəhbərliyi ilə görüşərək şərtlər irəli sürüb: hücum sivri ucunda oynamalı, bütün penaltiləri o vurmalı, imic haqqalrının böyük hissəsini almalıdır" yazıb.
Mbappe isə buna cavab olaraq belə paylaşım edib: "Təəəssüf ki, bir şeyi unutmuşam. Qapıçı olaraq da oynamaq istəyirəm. Yalan xəbər..."
Fanat.Az