Belarus millisinin baş məşqçisi İqor Kriuşenko istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2017-ci ilin mart ayından yığmaya başçılıq edirdi.
Qeyd edək ki, Kriuşenkonun başçılığı altında 27 oyun keçirən Belarus millisi 8 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.
Fanat.Az