Neymar təcavüzə görə polisə çağırıldı, 5 saat ifadə verdi - FOTO/VİDEO
PSJ-nin futbolçusu Neymar yenidən polis idarəsinə çağırılıb.
Fanat.Az xəbər verir ki, buna səbəb Najila Trindade Mendes de Souza adlı qadının onunla bağlı iddiası olub. Belə ki, braziliyalı model həmyerlisini ona təcavüz etməkdə suçlayır.
"El Mundo Deportivo" qəzktinin məlumatına görə, Neymar Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birində 5 saat sorğu-sual edilib. Məsələ ilə bağlı açıqlama verən futbolçunun vəkili Flavia Merlini Neymarın iddiaları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib.
Qeyd edək ki, braziliyalı model hadisənin mayın 15-də Parisdəki otellərdən birində baş verdiyini deyib. Model bildirib ki, həmin gün oteldə təşkil edilən bir tədbirə Neymarla birlikdə qatılıb. Najila qeyd edib ki, hələ səfərdən öncə Neymarla birlikdə olmaq niyyətində olub. Lakin futbolçunun kobud davranışından şikayət edib: "Maliyyə problemlərinə görə, səfər və oteldə qalma xərclərimi Neymar ödədi. Lakin daha sonra onun fərqli insan olduğunu gördüm. Otaqda qoruyucusuz cinsi əlaqə qurmağımızı istədi. Ardından sərt şəkildə ayaqlarıma vurmağa başladı. Onun təcavüzünün qurbanı oldum. Neymarla heç vaxt sevgili olmaq barədə düşünməmişəm. Bəli, yeganə gözləntim cinsi əlaqə idi".
Neymar və Najilanın oteldə mübahisə etdiyi görüntülər də yayılıb.