Fransa milli komandasının sabiq futbolçusu Klod Makelele Belçikanın "Eupen” klubunun baş məşqçisi postundan istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, klub 46 yaşlı mütəxəssislə 20 aylıq əməkdaşlığa son qoyub. Lakin Makelele klubda saxlanılıb. Belə ki, o, "Eupen”nin səfir kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Eupen” 2018/19 mövsümündə Belçika çempionatını 12-ci pillədə başa vurub.
Fanat.Az