Braziliya Amerika Kubokuna darmadağınla başladı - VİDEO
Futbol üzrə Amerika Kubokuna start verilib.
Fanat.Az xəbər verir ki, San-Paulu şəhərinin "Morumbi" stadionunda keçirilən açılış matçında meydan sahibi Braziliya Boliviyanı 3:0 hesabı ilə məğlub edib.
Oyunda bütün qollar ikinci hissədə vurulub. "Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo dubl edib. Daha bir qolu isə "Qremio" klubunun forvardı Everton öz hesabına yazdırıb.