Amerika Kuboku: Çili Yaponiyanı darmadağın etdi - VİDEO
Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 1-ci tur matçında Çilli millisi Yaponiyanı məğlub edib.
Fanat.Az xəbər verir ki, San-Paulu şəhərinin "Morumbi - Siseru Pompeu de Toledu" stadionunda keçirilən qarşılaşma 4:0 hesabı ilə cənubi amerikalıların xeyrinə yekunlaşıb.
Görüşdə Eduardo Varqas dubla imza atıb, Erik Pulqar və Aleksis Sançes bir qol vurub..