CONCACAF Qızıl Kubokunda qrup mərhələsinin birinci turunun ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ilk turda C qrupunda mübarizə aparan Salvador millisi Kurasao yığması üzərində minimal hesablı qələbə qazanıb. Matçın yeganə qoluna "Zirə"nin sabiq futbolçusu Nelson Bonilya imza atıb.
Qrupun paralel keçən qarşılaşmasında Yamayka Hondurası 3:2 hesabı ilə məğlub edib.
Fanat.Az