Türk futbolçu Emre Mor daha bir qalmaqalla gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, İspaniyanın "Selta" klubunda çıxış edən 21 yaşlı futbolçu mövsüm bitdikdən sonra İbiza adasına istirahətə yollanıb.
Gənc futbolçu qızlarla səhərə qədər əylənib və istirahət edib. Onun bu görüntüləri sosial şəbəkələrdə çox sərt şəkildə tənqid edilib.
Futbolçunun tənqid edilməsinə əsas səbəb mövsümü çox uğursuz başa vurması olub. "Selta"da heyətə düşə bilməyən gənc ulduz intizamsız hərəkətləri ilə diqqət mərkəzinə düşüb.
Fanat.Az