Transfer çalışmalarını davam etdirən "Keşlə" heyətinə xorvat oyunçu qatıb.
Fanat.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu İqor Yovaniviç yeni mövsümdən paytaxt klubunun şərəfini qoruyacaq.
Rumınıya klubu "Sepsi"dən ayrılan və azad agent statusu daşıyan Yovanoviç "Keşlə" ilə müqavilə şərtlərini razılaşdırıb. Bu həftə ərzində Bakıya gələcək 30 yaşlı mərkəz müdafiəçisi münasibətləri rəsmiləşdirəcək. Onunla 1 illik saziş imzalanacaq.
Bu arada, son klubu "Neymegen"in gənclər komandası olan Ziya Əzizovun müqavilə müddəti bəllidi. Onunla 1+1 prinsipi ilə anlaşma imzalanacaq.
Qeyd edək ki, "Keşlə" daha öncə Rəşad Əzizli, Ruslan Qurbanov və Franko Floresi transfer edib.
Fanat.Az