23:18 20.06.2019 2118

"Yeni sistemi ilk turlardan tətbiq etməyə başlayacağıq" - Elgiz Abbasov

Bir müddət öncə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi təyin olunan Elgiz Abbasov Qol.az-a müsahibə verib. Təyinatından danışan qurum rəsmisi bəzi yeniliklərin olacağını bildirib.
- 2014-cü ildən PFL-də çalışırsan. Bu qurumda işlədiyin 5 ili qısaca necə xarakterizə edərdin? 

- İlk növbədə yer ayırdığınız üçün təşəkkür edirəm. Suala cavab olaraq bildirim ki, 2014-cü ildə PFL-ə gəldim. Düşünürəm ki, həyatımda indiyə qədər atdığım ən düzgün addımlardan biridir. Elə ilk gündən PFL prezidenti Ramin Musayev və Aslan Şahgəldiyevin simasında digər əməkdaşların da dəstəyini, güvənini hiss etdim. Məncə, işləmək üçün ilk növbədə güvən və digər mənəvi tərəflər önəmlidir. Qalan məsələlər vaxt keçdikcə düzələr. PFL-in özəyində də güvən, mənəviyyat və məsuliyyət dayanır. Bu tip məqamlar şəxsən mənim üçün çox vacibdir. PFL-də geridə qalan bu 5 ildə çox şey öyrənmişəm. Əgər mənim də quruma bu və ya digər səpkidə dəstəyim olubsa, buna sevinərəm. İndiki məqamda bütün olanları sadalamaq istəmirəm. Sadəcə bir şeydən əminəm ki, nə etmişəmsə, məsuliyyəti tam hiss etmişəm və hər an özümü vicdanımla üz-üzə qoymuşam. Bütün addımlarımın özəyində vicdan olub. 

- Bir neçə gün öncə PFL-də Texniki İdman Şöbəsinin rəisi təyin olundun. Bu təyinat necə gerçəkləşdi? 

- Naxçıvanda keçirilən Azərbaycan kubokunun finalından sonra  Muxtar Respublikada Heydər Əliyevin xatirəsinə həsr olunmuş 4-cü Naxçıvan kubokunu keçirib, Bakıya qayıtdıq. Məhz qayıtdıqdan sonra təyinatıla bağlı yekun təklif və müzakirə oldu. Ramin müəllimin təklifindən sonra Aslan Şahgəldiyevlə məsləhətləşdim, direktor Məlik Həsənovla danışdım və yeni müqaviləyə imza atdım.

- Ümumiyyətlə, yeni işin nədən ibarət olacaq?

- Bu, əslində Peşəkar Futbol Liqasının əsas departamentlərindən biri hesab olunur. Buraya sırf PFL-in əsasnaməsinə uyğun olaraq, müqavilələrin qəbul olunması, transfer məsələlərinin həyata keçirilməsi, təqvimin müəyyənləşdirilməsi, püşkatmanın təşkili, bundan əlavə, oyunlarının vaxtının və yerinin müəyyən edilməsi, klublarla kommunikasiya işləri, Klublar Komitəsi, DNT şirkəti (yayımçı şirkət, konkret olaraq, "CBC Sport" telekanalı) və AFFA-nın müvafiq departamentləri ilə daimi və sıx əməkdaşlığın yaradılması daxildir. Çalışacağam ki, bunların hamısını ən yüksək səviyyədə qurum.

- Artıq işinin icrasına başlamısan. Çətin deyil?

- Ayağım yer tutandan həyatla mübarizədə olmuşam. Çalışmışam ki, hansı işdə varamsa, bütünlüklə özümü buna həsr edim. Tanıyanlar bilir ki, heç vaxt ortada qalmamışam. Prinsip olaraq "ya olum, ya olmayım” kimi  davranmışam. Düşünürəm ki, uğur qazanmaq üçün insan mütləq qorxularını, sualları əzib keçməlidir. Yoxsa həyatda heç nə etmək olmaz. Əgər hər hansı bir məsuliyyətin altına girmisənsə, çətinlikləri də göz önünə almalısan. Təyinatdan sonra sizin, eləcə də ətrafımda olan digər şəxslərin dəstəyi mənə əlavə güc verir.  

- Mətbuata açıqlamanda bəzi yeniliklərin olacağına işarə vurmusan. Burada söhbət konkret olaraq, hansı yeniliklərdən gedir? 

- Təyinat rəsmiləşdikdən sonra bayram günləri, şənbə və bazar bilmədən çalışıram. Ayrı-ayrı şöbələrdə olsaq da, Aslan Şahgəldiyevlə yenidən bir nöqtəyə vururuq. Bəli, yeniliklər olacaq. İlk növbədə klublarla olan əlaqələri gücləndiririk. Çalışırıq ki, klublara bütün işlərdə yardımçı olaq və onlarla işi müasir standartlara uyğun edək. Bunun üçün yeni "PFL baza” sistemi yaradılır. Bu baza elektron hakim protokollarını, elektron qaydada sənədlərin və müqavilələrin qəbulunu əhatə edəcək. Ümid edirik ki, çempionatın ilk turlarından yeni sistemi tətbiq etməyə başlayacağıq. Sistem hazır olduqdan sonra daha ətraflı məlumat verə bilərəm. Bundan əlavə, yeni mövsümün Əsasnaməsi hazırlanır. Əsasnamədə təkmilləşdirilmiş xeyli bənd olacaq. Standart oyun günü proqramı hazırlanıb və yaxın günlərdə klublara göndəriləcək. Hazırda üzərində işlədiyimiz, eləcə də gələcək planlarımıza daxil olan bəndlər kifayət qədərdir. Ümid edirik ki, çalışsaq, bütün bu məsələlər yoluna düşəcək. 

- PFL daim media ilə yaxşı münasibətdə olub və sıx əməkdaşlıq edib. Qarşıdakı illərdə bunu inkişaf etdirmək üçün hansısa planlar varmı?

- Bu suala Aslan müəllim daha geniş cavab verə bilər. Sadəcə, bir şeydən əmin olun ki, PFL hər zaman KİV nümayəndələri ilə əməkdaşlığı işinin əsas tərkib hissəsi hesab edib. Mətbuatsız olmaz.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X