Rusiyanın "Leninqradets" klubu Azərbaycan milli komandasının hücumçusu Rizvan Ömərovu transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Leninqradets" klubu Leninqrad vilayətini təmsil edir. Komanda 2018-ci ildə təsis edilib və ölkənin Peşəkar Futbol Liqasında çıxış edir.
Qeyd edək ki, Rizvan Ömərov "Zenit" futbol məktəbinin yetirməsidi. 23 yaşlı futbolçu son iki ili Nijnekamski "Nefteximik"də keçirib. O, bu komandada 34 oyuna 19 qol vurub.
Fanat.Az