"Real"ın kapitanı Serxio Ramosla aparıcı Pilar Rubionun "İlin toyu" adlandırılan toy mərasimi ilə bağlı şok açıqlama verilib.
Fanat.Az xəbər verir ki, Sevilyanın tarixi kilsələrindən birində baş tutan və 890 min funt-sterlinq xərclənən mərasimlə bağlı orda çalışan ofsiantlardan biri danışıb.
Həmin şəxs əvvəlcədən susmaqla bağlı müqavilə imzalasa da, açıqlamalar verib və adının açıqlanmasını istməyib.
Onun sözlərinə görə, toyda çalışan ofsiantlara paltarlarını dəyişmək üçün ayrı otaqlar verilməyib, qadınlar və kişilər eyni otaqda paltarını dəyişib: "Kişilər və qadınlar eyni otaqda soyundu. Hamımı lüt gördüm. Həyatımda ilk dəfə belə bir şey gördüm, çox iyrənc idi. İşçilərin gülməsi və danışması qadağan olunmuşdu. Baş verənlərə etiraz edənlər təhdid olunurdu. Hər saatı cəmi 10 avroya işlədik. Bizə toydan qalan artıq və soyumuş sevndiviçləri verdilər. Bu da gecə saat 3-dən sonra gəldi. Bir neçə saniyənin ərzində bizə susmaqla bağlı müqavilə imzalatdırdılar. Müqavilədəki maddələri pozanların 100 min avro təzminat ödəyəcəyini sonradan öyrəndik".
Qeyd edək ki, Serxio Ramosun 33, Pilar Rubionun 41 yaşı var.
Fanat.Az