Mövsümün gedişində "Sabah"dan ayrılan Miloş Bosançiçin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, serbiyalı futbolçu Çexiya çempionatında çıxış edəcək. 31 yaşlı yarımmüdafiəçi sabiq komandası "Slovan"la anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Liberets təmsilçisi ilə rəsmi müqavilə imzalayan Bosançiç artıq ilk məşqə də çıxıb.
Qeyd edək ki, Miloş Bosançiç ötən ilin yayında "Slovan"dan "Keşlə"yə keçsə də, avqustda "Sabah"la müqavilə bağlamışdı.
Fanat.Az