DÇ-2014-ün seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Portuqaliya yığması Xorvatiya ilə yoldaşlıq görüşü keçirib.
Qol.Az-ın məlumatına görə, İsveçrədə baş tutan oyun Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu görüşün 36-cı dəqiqəsində Kriştiano Ronaldo vurub.
Qeyd edək ki, Portuqaliya millisi yığmamızın yer aldığı F qrupuna 14 xalla başçılıq edir.
İdman24.az