Bakının "Səbail” klubu daha bir futbolçu transfer edib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi Əlcəzair əsilli fransalı Bilal Həmdi ilə müqavilə imzalayıb.
Ötən mövsümdə də Azərbaycanda çıxış edən 28 yaşlı yarımmüdafiəçi "Zirə”dən Bakının digər klubuna keçib. Futbolçu ilə müqavilənin müddəti açıqlanmır.
Qeyd edək ki, Bilal Həmdi əvvəllər Fransanın "Lans" (B komandası), "Laval", "Klermon", "Brest", "Sedan" və Cənubi Kiprin "Alki" klublarında çıxış edib. O, Əlcəzairin U-20 və U-23 yığmalarında fotma geyinib.
Fanat.Az