16:14 23.06.2019 1845

“Neftçi”nin yeni transferi: "Ümid edirəm ki, problemimiz olmayacaq"

"Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Zəng vurub deyəndə ki, səninlə "Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı".

Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Voislav Stankoviç klub televiziyasına müsahibəsində deyib. "Neftçi”yə keçidindən danışan serbiyalı müdafiəçi təlim-məşq toplanışını dəyərləndirib:

"Mənimlə yanaşı, buradakı hər bir futbolçu "Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır. Hər şey qaydasındadır. Hazırlıq üçün yaxşı şəraitimiz var. Belə də davam etmək lazımdır. Hesab edirəm ki, mövsümə yaxşı başlayacağıq. Hər şey plan üzrə gedir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda hər bir rəqibi asanlıqla keçəcəyinə zəmanət verə bilməzsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq”.

Stankoviç Avropa Liqasının təsnifat mərhələsindəki ilk rəqibləri "Sperantsa” haqda məlumatlarının olduğunu da qeyd edib: "Kifayət qədər güclü komandadır. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. "Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”.

Fanat.az
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X