11:29 24.06.2019 1898

“Qo-o-o-ol” kitabını oxumağa dəyər

Milyonların sevimlisi olan futbola hamı azarkeşlik edir. Amma yaşıl meydançalarda baş verən incə hadisələri və məqamları əbədiləşdirmək, baş verənləri analitik təhlil edərək milyonların diqqətinə çatdırmaq yüksək peşəkarlıq və parlaq istedad tələb edir. Futbol və bu sahədə baş verənlər haqqında analitik mülahizələri və təhlilləri ilə idmansevərlərin diqqətini cəlb edən imzalardan biri də istedadlı qələm sahibi Mobil İsmayılovdur.

Fanat.az xəbər verir ki, müəllifin indiyədək müxtəlif mövzularda bir neçə kitabı nəşr olunub. Əsasən, publisistik janrda yazılan bu kitablar oxucular tərəfindən rəğbətlə qarşılanıb. İxtisasca hüquqşünas Mobil İsmayılovun buyaxınlarda çapdan çıxan "Qo-o-o-ol” adlı kitabında yer almış məqalələr qeyri-adi, maraqlı üslubda yazılmaqla, peşəkar və analitik təhlilə əsaslanıb. Fərqli üslubu və özünəməxsus dəsti-xətti ilə seçilən Mobil müəllimin müəllifi olduğu bu kitabdakı məqalələr dolgunluğu, obyektivliyi, samballılığı ilə diqqət çəkir. Kitabda müəllif futbolla, "ulduz”larla bağlı maraqlı düşüncələrini sadə dillə oxucuya çatdırmağa çalışır. Kitabla tanış olduqca anlayırsan ki, müəllif futbolda baş verənləri, futbolçuların psixologiyasını gözəl bilir. Müəllifin həm azarkeş, həm futbol yazarı, həm də futbol mütəxəssisi kimi real və inandırıcı müşahidələri diqqətəlayiqdir. Mobil İsmayılov yazılarında müqayisəli təhlil aparmaqla oxucusuna futbolun bugünkü aktual problemlərindən də söhbət açır.

Gələcəkdə xarici dillərə tərcümə olunması nəzərdə tutulan "Qo-o-o-ol” kitabında Mobil İsmayılovun futbolla bağlı demək istədiklərinin yalnız bir hissəsi daxil edilib. İnanırıq ki, sehrli futbol dünyasının maraqlı məqamlarının yer aldığı bu kitabı oxuyan hər kəs bu dünyanın gözəlliklərinə bir daha yaxından bələd olacaq və müəllifin yeni kitabının ərsəyə gəlməsini səbirsizliklə gözləyəcəklər.

154 səhifədən ibarət "Qo-o-o-ol” kitabı "Elm və təhsil” Nəşriyyatında işıq üzü görüb. On məqalənin yer aldığı kitabın ilk yazısı "Həmin o Eysebio və yaxud çöldə bitən çiçək” adlanır. Ümumiyyətlə, burada Eysebiodan başqa, Maradona, Ronaldinyo, Messi və s. "ulduz”lar barədə maraqlı xatirələr, düşüncələr öz əksini tapıb. Kitabın sonunda müəllifin ekzklüziv müsahibəsi və futbolla bağlı düşündürücü lətifələr, deyimlər verilib. Bu maraqlı və diqqətinizi cəlb edəcək kitabı şəhərin istənilən kitab mağazalarından əldə emək mümkündür.
 





Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X