"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubu ilə cavab oyununun da vaxtı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də "Bakcell Arena"da baş tutacaq qarşılaşma saat 21.00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 11-də Kişinyovda keçiriləcək və Bakı vaxtı ilə 21.00-da start başlayacaq.
Fanat.Az