"Marsel"in futbolçusu Adil Rami aktrisa və model sevgilisi Pamela Andersondan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə 51 yaşlı aktrisa özü məlumat verib.
Pamela Anderson bildirib ki, iki ilillik münasibətlərinin bitməsinə futbolçunun ona xəyanət etməsi səbəb olub. "İki qadının ağlına və ürəyinə nəzarə etmək necə mümkün ola bilər ki?" deyə aktrisa "Instagram hesabında yazıb.
Adi Ramiyə "canavar" deyən Pamela Anderson "Həyatımın son iki ili yalan imiş. Böyük sevgiyə inandırılmışdım. Amma aldadıldım. Öyrəndim ki, ikili həyat yşayırmış" qeydini edib.
Qeyd edək ki, Pamela Anderson Adil Ramidən 18 yaş böyükdü.
Fanat.Az