Argentina yığmasının və "Barselona"nın kapitanı Lionel Messiyə oxşarlığı tanınan İran vətəndaşı Reza Parasteşə qarşı ağır ittiham irəli sürülüb.
Fanat.Az xəbər verir ki, o, ölkəsində 23 qadını aldatmaqda ittiham olunur. Bildirilir ki, Parasteş özünü 23 qadına Messi kimi təqdim edərək onlarla birlikdə olub.
Həmin qadınlar saxta Messidən şikayətçi olublar. Lakin Messinin oxşarı bu xəbəri təkzib edib və məlumatı yayanları məhkəməyə verəcəyini deyib: "Bu xəbər doğru olsaydı, indi həbsdə olardım. Bunu yayanlar məhkəmə qarşısında cavab verəcək".
Fanat.Az