Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün sərbəst güləş üzrə dünya və Avropa çempionumuz Hacı Əliyev 1/8 finalda Ermənistan təmsilçisi Valodya Franqulyanla qarşılaşıb və 6:0 hesablı qələbə qazanıb.
1/4 final görüşündə belaruslu Georgi Koliyevə 7:5 hesabı ilə qalib gələn Hacı Əliyev yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohanesyanla qarşılaşıb. Bu dəfə də qələbə qazanan idmançımıx finala çıxıb.
Finalda Hacı Əliyevin rəqibi Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili olacaq. Görüş iyunun 27-də keçiriləcək.
Fanat.Az