16:00 28.06.2019 2049

Kamal Quliyev: "Məni "Neftçi"dən uzaqlaşdırmaq üçün əlli yola əl atdılar"

Bir zamanların tanınmış futbolçusu Kamal Quliyev Futbol+ qəzetinə müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Həmkarımız Səbuhi Məmmədli sənin haqqında çox təsirli yazı yazıb.
- Bilirəm. Sağ olsun.

- Amma tanışlığınız heç də yaxşı alınmayıb.
- Olan şeydi, ara-sıra başıma elə hadisələr gəlir. Sürücülər üçün adi haldı (gülür). Səbuhiyə gəlincə, bir kənddə sinif yoldaşım var, onun qonağı imiş. Zəng vurdu ki, qonağımı da şəhərə apar, dedim problem yoxdu. Marşrut elədi ki, hamını qapı-qapı gəzdirməlisən, evinə düşürməlisən. Yaşlısı var, uşaqlısı, yükü olanı var. Şəhərə gələndə də elə. Elə alındı ki, yolda narazılığını bildirdi. Çox yubandığına görə narazılıq edirdi və düşüb başqa maşınla getdi.

- Ağsuya işləyirsən? 
- Hə. Əvvəla deyim ki, mənim iki marşrutum var. Burda heç bir ayıb, həm də gizlədiləsi nəsə yoxdu. Yalan olmasın, 20-25 il əvvəl alıb atama vermişdim, birini o işlədirdi. Digərini isə başqa tanışa vermişdim. Atam həm də ümumi nəzarət edirdi. İndi artıq atam yaşlanıb. İşi ələ almışam. Ağsuya reys edirəm. Olur ki, özüm idarə edirəm, yaxud bu avtobusla gedib o biri ilə qayıdıram. Arada kiməsə verirəm sürür, mən nəzarət edirəm. Özüm bekaramsa, niyə mənim çörəyimi başqası yeməlidi? İşim olanda başqasına verirəm, zəhməthaqqına gedib-gəlir. Bəzən avtobus xarab olanda balaca maşınla ehtiyat hissəsini alıb çatdırıram. Belədə artıq bu işin adamı olmuşam.

- Dolanışıq, gəlir necədi?
- Allaha min şükür olsun, yaxşıdı. Allah qara camaatımıza bərəkət versin, ruzisini yetirsin, onlar sənətkarı dolandırır. Ordan beş manat da qalırsa, ailəmin ruzisini qazanıramsa, buna şükür etməliyəm.

- Futbol üçün darıxmırsan? 
- Niyə ki? Gör neçə il bu sahədə olmuşam, futbolla nəfəs almışam. Məşqçi kimi işlədiyim klublarda - istər "Neftçi”də, istərsə də "Neftçala”dakı işim göz qabağında olub. "Neftçi”də tarixi uğurlara imza atdıq, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandıq. Müstəqil olaraq baş məşqçi kimi "Neftçala”nı iki il ardıcıl çempion etdim. Futbol təsərrüfatını kreslodan idarə etməyi xoşlayan insanlar internetdə axtarışa versələr, bizim qışda Antalyada, yayda Boludakı toplanışla bağlı məlumat əldə edə bilər. Baxsalar, bizim yoxlama oyunlarında alman, qazax, türk klubları ilə görüşlərin nəticələrini görəcəklər. "Neftçala”nı Premyer Liqaya buraxmamaqla təkcə məni itirmədilər. O komanda indiki "Səbail”dən, "Keşlə”dən, "Zirə”dən, "Sumqayıt”dan geri qalmazdı. Adını çəkdiyim komandaları alçatmıram, sadəcə, komandamın indikilərin heç birindən zəif olmadığını demək istəyirəm. Orda oynayan futbolçuların 7-8-i Premyer Liqaya tam layiq idi. Hətta milli səviyyəsində olanlar var idi. Yəni itirən təkcə mən olmadım, bütün Azərbaycan futbolu itirdi, yuxarıda oturan insanlar itirdi. Elə komanda qurmuşduq  ki, savadlı oyunu ilə zövq oxşayırdı. Futbolu sevən rəhbərliyimiz var idi. Onu da küsdürdülər. Mən çox təəssüf edirəm. 

- "Neftçi”nin akademiyasında da çalışdın.
- O iş mənlik deyildi. Bunu hələ orda işləyə-işləyə deyirdim. Niyə? Çünki məndən tələb edirdilər ki, kabinetdə otur, plan hazırla, nəzarət elə. Ancaq mən bəzilərindən fərqli, kresloda əyləşməyi xoşlamıram. Düzdü, o işi də bacarırdım. Çünki futbol adamıyamsa, mənim sahəmdi. Gözümdən heç nə qaça bilməzdi, məni aldatmaq mümkün deyildi. Hətta bir saxtakarlıqlarının da üstünü açdım. Mənim imzam olmadan, baş məşqçi ilə menecer əvəzimə qol çəkib bir futbolçunu götürmüşdülər. Elə bil Allah səbəb saldı, maraqlandım. Kimin ağlına gələrdi ki, 10-11 yaşlı uşaqla bağlı belə saxtakarlıq edərlər? Gedib baxdım və şoka düşdüm. 10 yaşlı uşağın 70 kq çəkisi var. O vəziyyətdə uşağı meydana buraxmaq təhqir idi. Bu söhbəti qaldırandan sonra baş məşqçi ilə menecer imzalarını geri götürdülər. Mən futbolçuya baxan kimi bilirəm ki, o nə ilə nəfəs alır, gələcəyi necədi. Deməyim odu ki, o sahədən də başım çıxırdı. Amma daim otaqda oturub vaxt keçirmək mənlik deyildi. Otaqdan çıxıb məşqə gedirdim, onu da mənim üçün söz edirdilər. Axı mənim işim otaqda deyil, meydandadı. Dəfələrlə rəhbərlikdən tələb etdim ki, mənə komanda verin, çalışdırım. Ondan sonra işimə baxın və nəticə tələb edin. Qarşıma qoyulan tapşırığı yerinə yetirə bilməsəm, vəzifədən dördəlli yapışan adam deyiləm, özüm istefa verib gedəcəm. Məni ordan uzaqlaşdırmaq üçün əlli yola əl atdılar. Çünki mən onlara mane olurdum. Onların eyiblərini açacaqdım. Necə ki açırdım.

- Bəlkə həmin məşqçinin adını da deyəsən…
- İstəmirəm. Hörmətli adamdı. Əslində onluq da deyildi. Həmin uşağı komandaya götürməyi ona yuxarıdan tapşırmışdılar.

- Bu vəziyyətə düşməyində özün nə qədər günahkarsan?
- Hər bir adamın həyatda səhvi ola bilər. O cümlədən də mənim. Burda söhbət mənim futboldan kənarda qalmağımdan gedir. Mən haqsızlıqla barışan adam deyiləm. Dözmədim və rəhbərlikdə yer alan veteran futbolçularımıza, tanınmış məşqçilərə etirazımı çatdırdım ki "nə qədər susub oturacaqsız, siz bizi müdafiə etməlisiz. Haqqı müdafiə edəcəksiz”. Futbolu inhisara alıblar. Çempionat başa çatıb, 8 klubun heç birində baş məşqçi dəyişikliyi olmadı. Hamısı "bomba”dı da, hə? Liderindən tutmuş ortababına, autsayderinə qədər, hamısında hər şey superdi? Məqsədinə çatan və çatmayan məşqçisini saxladı, belə şey olur? Məntiq hardadı? O cümlədən bir neçə il üç-dörd məşqçini millidə karusel kimi fırlatdılar. Kamal Quliyevə də, Vidadi Rzayevə də, Yunis Hüseynova da şans verməlisən, gec-tez verəcəksən. Çünki bu adamlar futbolun içindən çıxıblar, onu bilənlərdi.    

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

09:48

“Araz-Naxçıvan” bürünc medalları təmin etdi, “Neftçi” gec oyandı – Tura baxış

09:25

"Bu şəkildə vidalaşa bildiyim üçün şadam" - Mahir Emreli

09:00

"Mançester Siti" braziliyalı futbolçu ilə anlaşdı - SON DURUM

01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

Facebookdan bizi izləməyi unutmayın.
X