Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ” və "Zirə" bu gün ilk yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Zirə İdman Kompleksində qarşılaşacaq.
Matçın start fiti saat 18.00-da çalınacaq.
Qeyd edək ki, "Qəbələ" iyulun 4-də, "Zirə" isə 20-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq.
Yoxlama oyunu
29 iyun
18.00 Zirə - Qəbələ
Fanat.Az