Misir əsilli ingiltərəli model Merhan Kellerə erotik mesajlar yazan və cinsiyyət orqanının şəklini gönədərən Misir milli komandasının üzvü Amr Vardi ilə bağlı qərar verilib.
Fanat.Az xəbər verir ki, Misir Futbol Federasiyası futbolçunu milliyə qaytarıb. Bu barədə federasiya rəsmi açıqlama yayıb.
"Federasiya prezidenti Hani Abu Reda milli komanda üzvlərini həmrəyliyini və Amr Vardanın bağışlanması ilə bağlı arzularını təqdir etdi, ona verilən cəzanın ləğv olunmasına qərar verdi" deyə açıqlamada bildirilir.
Misir millisinin lideri Məhəmməd Salah da komanda yoldaşının hərəkəti ilə bağlı "Twitter"də paylaşım edib: "Qadınlara sonsuz hörmət bəslənilməlidi. Xeyirin anlamı xeyirdi. Bu kimi şeylər məhrəmdi və belə qalmalıdı. Eyni zamanda mən səhv edən bir çox insanın özünü düzəldəcəyinə və dərhal edam edilməməli olduğuna inanıram. Edam etmək asan yoldu. Həyatda ikinci şansa inanmalıyıq".
Qeyd edək ki, Merhan Keller futbolçunun əxlaqsız mesajlarını "Instagram"da yaymışdı. Bundan dərhal sonra Amr Vardi Afrika Millətlər Kubokunda çıxış edən Misir millisindən kənarlaşdırılmışdı. Daha sonra futbolçu sosial media vasitəsi ilə hərəkətinə görə üzr istəmişdi.
Fanat.Az