Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ” və "Zirə" yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hər iki qolu "Qəbələ"nin müdafiəçisi Murad Musayev vurub. 6-cı dəqiqədə avtoqol edən futbolçu 57-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Yoxlama oyunu
29 iyun
Zirə - Qəbələ 1:1
Qollar: Murad Musayev, 6 (avtoqol) - Murad Musayev, 57.
Fanat.Az