00:15 01.07.2019 3707

Məşhur model: "Salahın mesajlarına görə ölkəmə gedə bilmirəm" - FOTOLAR

Misirdə keçirilən Afrika Millətlər Kubokunda meydan sahiblərinin yığma komandası meydandakı oyunundan daha çox kənardakı qalmaqalla gündəmədi.

Belə ki, yığmanın PAOK-da oynayan üzvü Amr Vardanın Misir əsilli ingiltərəli model Merhan Kellerə erotik mesajlar yazması və cinsiyyət orqanın şəklini göndərməsi böyük qalmaqala səbəb olmuşdu. Model futbolçunun mesajlarını "Instagram"da yayandan sonra Amr dərhal millidən kənarlaşdırılsa da, daha sonra heyətə qaytarılmışdı.

Olayda sonra Misir millisinin lideri Məhəmməd Salahın komanda yoldaşına dəstək verməsi daha bir qalmaqala səbəb olub. 

"Qadınlara sonsuz hörmət bəslənilməlidi. Bu kimi şeylər məhrəmdi və belə qalmalıdı. Eyni zamanda mən səhv edən bir çox insanın özünü düzəldəcəyinə və dərhal edam edilməməli olduğuna inanıram. Bu ən asan yoldu. İkinci şanslara inanmalıyıq. Yol göstərməliyik. Onlara arxa çevirmək çıxış yolu deyil" deyə Salah "Twitter" hesabında yazmışdı. 

"Liverpul"lu ulduzun bu sözlərindən sonra əksər komanda yoldaşları və azarkeşlər Amr Vardaya dəstək vermiş və nəticədə futbolçu bağışlanmışdı. 

Misir üçün toxunulmaz bir şəxsə çevirilən Salahın mesajı Merhan Kelleri hədəfə çevirilib. Tanınmış model bundan sonra çox sayda təhdid və nifrət mesajları almağa başlayıb. 

"Bu insan Misirdə tanrıdı. Həqiqətən elədi. Ona bir futbolçu olaraq baxmırlar. O bir tanrıdı və əsla səhv etməz. Bu vəziyyət məni təhlükə qarşısında qoyur. Ölkəmə gedə, ailəmi ziyarət edə bilmirəm. İnsanlar küçədə mənə hücum edəcəklər. Düşünün ki, onlar ingilis futbol xuliqanlarının 100 faiz artığıdı. Məni məyus edən Məhəmməd Salahın bu işlə bir əlaqəsi olmasa da, özünü olaya daxil etməsidi. Məsələnin insani tərəfini anlayıram, komanda yoldaşının yanında dayanmaq istəyir və onu dəstəkləyir. Amma bunu gizli edə bilərdi, açıq-aşkar etməzdi. Gedib ona "Bir səhv etdin, bir daha etməməlisən. İctimaiyyət önündə üzr istə və bütün diqqətini karyerana yönəldərək özünü sübut et" deyə bilərdi. O, dünyanın ən tanınmış simalarından biridi. Bu açıqlaması insanların mesajlarla məni təhdid etməsinə səbəb olur. Aldığım nifrət və təhdid mesajlarının sayı-hesabı yoxdu" deyə model İngiltərə mətbuatına bildirib.

İngiltərə mətbuatının məlumatına görə, bu olaydan sonra Misirdə ictimai rəy iki yerə bölünüb. Əksəriyyət Salahın futbolçu yoldaşına dəstəkləməsinə rəğmən ölkədə qadınlara qarşı cinsi istismarın görməməzlikdən gəlindiyini iddia edir. Eyni zamanda Salahın paylaşımı səbəbindən qadınların Afrika Millətlər Kubokunu boyok etməsi ilə bağlı çağırışlar edilib. 

Fanat.Az



















Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 May 2025
01:22

İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

01:10

"Fənərbağça" Avroliqanın qalibi oldu

01:04

İtaliya A Seriyası: 2024/2025 mövsümü yekunlaşdı

00:33

Türkiyə Super Liqası: "Beşiktaş" öz meydanında uduzdu

00:23

DÇ: Türkiyə millisi qrupdan çıxa bilmədi

25 May 2025
23:40

İPL: 2024/2025 mövsümünə yekun vuruldu

23:08

Baxşıyevə müqavilə təklif edilməyib: "Burada olsam da, olmasam da..."

22:48

"Klub rəhbərliyinin futbolu bu qədər sevməsi bizi sevindirir" - Rəşad Sadıqov

22:24

"Mançester Yunayted" 3 futbolçusu ilə əməkdaşlığa son qoydu - RƏSMİ

21:39

"Rəqiblər bizə qarşı müdafiədən oynayırlar" - Elşad Quliyev

21:28

MPL-də mövsüm bitdi: Qərb derbisində darmadağın, "Zirə" "Araz-Naxçıvan"ı yendi

20:43

Azərbaycan triatlonçularından "qızıl" və "gümüş"

20:26

DÇ: Azərbaycan millisi qrup lideri qismində 1/8 finala yüksəldi

19:37

Kurban Berdiyev 4:0-ı belə dəyərləndirdi

19:09

Azər Bağırov "Kəpəz"dən getdi: "Oyunun nəticəsi başlamamışdan bəlli idi"

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

Facebookdan bizi izləməyi unutmayın.
X