"Neftçi”nin müdafiəçisi Voislav Stankoviç "Vorskla” ilə yoxlama oyunundan (2:3) sonra klubun saytına açıqlama verib.
Fanat.Az xəbər verir ki, penalti epizodunda qaydanın cərimə meydançasından kənarda pozulduğunu bildirən təcrübəli futbolçu müdafiə xəttindəki bəzi nüansların üzərində işləməyin vacib olduğunu deyib:
"Yaxşı oynadıq. Düzgün verilməyən penaltidən uduzduq. Ona görə ki, qayda cərimə meydançasından kənarda pozulmuşdu. Amma bu futboldur, belə məqamlar olur. Müdafiə xəttində bəzi nüanslar var ki, üzərində işləməliyik. Çünki 2-3 əks hücumun qarşısını kəsə bilmədik. Artıq Avroliqadakı ilk oyunumuza köklənməliyik”.
Fanat.Az