Milli komandamızın üzvü Ramil Şeydayev karyerasını Moskva "Dinamo”sunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport-Ekspress” məlumat yayıb. Məlumata görə, 23 yaşlı forvard bu gün Moskva klubunun düşərgəsinə yollanacaq və tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Ramil Şeydayev ötən mövsüm Rusiyanın "Krılya Sovetov” klubunda çıxış edib. O, Premyer Liqada keçirdiyi 18 oyunda 4 qol vurub. "Dinamo” 2018/19 mövsümündə 33 xalla 12-ci yeri tutub.
Fanat.Az