Moldova yığmasının qapıçısı Stanislav Namaşko karyerasını "Keşlə"də davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bir müddətdi Bakı klubunun düşərgəsində olan 32 yaşlı qolkiper məşqçilər korpusunun etimadını qazanıb. Onunla 1+1 illik müqavilə imzalanacaq.
Stanislav Namaşko 2014-2016-cı illərdə Bakının AZAL klubunda çıxış edib. Həmin vaxt paytaxt təmsilçisinə "Keşlə"nin hazırkı baş məşqçisi Tərlan Əhmədov başçılıq edib. Onun son iş yeri Monteneqronun "Zeta" klubu olub.
Qolkiper 2007-ci ildən çağırıldığı Moldova millisində 46 oyun keçirib.
Fanat.Az