"Qarabağ" İbrahim Şehiçi geri qaytarmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə bih.ba saytı məlumat yayıb. Hazırda "Erzurumspor"da çıxış edən qapıçı ilə "Qarabağ"la yanaşı, Türkiyənin "Trabzonspor", "Kasımpaşa", "Qazişəhər Qaziantep" klubları da maraqlanır.
Ötən mövsümün nəticələrinə əsasən, Super Liqanı tərk edən "Erzurumspor"un prezidenti Hüseyn Ünes Türkiyə mətbuatına açıqlamasında qolkiperi komandada saxlamaq üçün mübarizə aparacaqlarını bildirib: "Türkiyə klubları ilə yanaşı, digər Avropa klubları da onu transfer etmək istəyir. Ancaq bizim mövqeyimiz bəllidi. Qalmasını istəyirik".
Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci ildə "Qarabağ"da çıxış edib. Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan qapıçının klubu ilə 2020-ci ilin yayına kimi müqaviləsi mövcuddu.
Fanat.Az