Amerika Kubokunda ikinci finalçı müəyyənləşdi - VİDEO
Braziliyada keçirilən futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsində Peru və Çili yığmaları qarşılaşıb.
Fanat.Az xəbər verir ki, oyun 3:0 hesabı ilə Peru yığmasının qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 21-ci dəqiqiədə Edison Flores açıb. Matçda 2-ci qolu 38-ci dəqiqədə Yoşimar Yotum vurub. Görüşdə son nöqtəni isə Paolo Gerrero 90-ci dəqiqiədə qoyub.
Beləliklə, finala vəsiqə qazanan Peru yığması qızıl medallar uğrunda görüşdə Brazilliya ilə qarşılaşacaq.