"Səbail”in UEFA Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Universitatea Krayova” komandası ilə ilk oyununun təyinatları açıqlanıb.
Fanat.Az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 11-də "ASCO Arena”da keçiriləcək qarşılaşmanı finlandiyalı hakimlər briqadası idarə edəcək:
Hakimlər: Ville Nevalaynen, Mikko Alakare, Mika Lamppu, Atte Jussila (Finlandiya).
UEFA nümayəndəsi: Patrik Wattebled (Fransa).
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya).
Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.
Fanat.Az