"Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində "Universitatya Krayova” ilə ilk oyununun biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, oyunun biletlərini iticket.az saytından əldə etmək olar. Biletlərin qiyməti 1-3 manat təşkil edir.
Qeyd edək ki, iyulun 11-də "ASCO Arena”da keçiriləcək "Səbail" - "Universitatya Krayova” matçı yerli vaxtla 20:00-da başlayacaq.
Fanat.Az