"Viktoriya” ilə yoxlama matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
Fanat.az xəbər verir ki, tibbi müayinədən keçən futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq.
İyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Partizani” ilə oyunda müdafiəçinin adının oyunun iştirak ərizəsində olub-olmaması həkimlərin son qərarından sonra müəyyənləşəcək.
Fanat.az