Milli komandamızın futbolçusu Ramil Şeydayev yeni klubu "Dinamo"da ikinci oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı hücumçu Moskva təmsilçisinin Çexiyanın "Slovan" klubu ilə yoxlama oyununda iştirak edib. Oyun "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan Ramil Şeydayev 68-ci dəqiqədə əvəzlənib. O, komandasının qolunun vurulmasında fəal iştirak edib.
Xatırladaq ki, R.Şeydayev bundan əvvəl Çexiya "Sparta"sı ilə yoxlama görüşündə (1:1) oynamışdı.
Fanat.Az