11:43 06.07.2019 1612

Tərlan Əhmədov: “O, komandada bir lider, ağsaqqal kimi olacaq”

"Keşlə” futbol komandasının baş məşqçisi Tərlan Əhmədov "Sumqayıt”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra müsahibə verib.

Fanat.az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Report”un əməkdaşının da suallarını cavablandırıb:

- Mövsümlərarası fasilədə komandanız ilk yoxlama oyununu keçirdi. İlk təəssüratlarınız necə oldu?
- Ümumilikdə 14 futbolçunun xidmətindən istifadə edə bilirdik. Üç zədəlimiz var ki, onlardan yararlanmadıq. İlkin Qırtımovun yüngül ağrıları var idi, Ceyhun Muxtarlı hələ divizionda oynadığı müddətdə aldığı zədədən qurtulmayıb. Nəhayət, Emin Quliyev də eyni problem səbəbindən bizə kömək edə bilmirdi. Sıralarımızda bir 19 yaşlı futbolçu da var idi - əvəzedici heyətdən Pərviz Azadovu dəvət etmişdik. Buna baxmayaraq, komandadan razı qaldım. 12 günlük ağır yüklənmələrin fonunda sərgilənən oyun mənə perspektivdə işimizin bəhrəsini görəcəyimizə ümid verir. Ən çox Emin Mehdiyev sevindirdi. Əzmkarlığı, istəyi, komandaya tez uyğunlaşmağı xoş sürpriz idi. Floresi qeyd edərdim. Onun inamlı oyununu qeyd etməliyəm. Komandamız barədə onu deyə bilərəm ki, nikbin fikirlər formalaşdırdı: "Keşlə” 90 dəqiqə mübarizə aparmaq gücündədir.

- Komandanız ilk 15 dəqiqəyə olduqca sürətli başladı. Bu, sizin tapşırığınız idi, yoxsa futbolçular həddən artıq istəkli idilər?
- Əvvəlcədən bilirdim ki, komanda yorğunluq fonunda dalğavari tempdə oynayacaq: hansısa dəqiqələrdə yüklənmə özünü çox göstərəcək, hansısa məqamda hiss olunmayacaq. Ancaq uşaqlara demişdim ki, ilk dəqiqələrdən gücünüz çatan qədər yüksək tempdə oynayın. Çünki gördüyümüz işin faiz nisbəti ilə hansı dərəcədə olmasını görməli idik. Həm də biz desək də, deməsək də, meydanda futbolçular özləri qərar verir. Bu da istəkdən qaynaqlanan məqamdır.

- Meydanda iki iranlı futbolçu da gördük - biri mərkəz müdafiəçisi, biri də mərkəz yarımmüdafiəçisi. Onlarla bağlı qərar vermisinizmi?
- Hər ikisini yola salacağıq. Özlərini istədiyimiz səviyyədə göstərə bilmədilər.

- Stanislav Namaşkonun gətirilməsi hansı zərurətdən irəli gəldi?
- Komandada rəqabət olmalıdı. Rəşad Əzizlini dəvət etdikdə digər qapıçı kimi Dmitri Bezotosnı ilə danışıq aparırdıq. Lakin ukraynalı əlcək sahibi sonda bizi seçmədi. Ümumiyyətlə, bizə çox qapıçı təklif olunmuşdu. Məsələn, Polşadan, Xorvatiyadan. Elə qapıçılar oldu ki, təklifimiz onları qane etmədi, elələri oldu ki, oyun praktikasından əziyyət çəkdikləri üçün bizə sərf etmədi. Namaşkoda isə belə problem yox idi. Monteneqroda stabil olaraq oynayıb, komandası bürünc medalçı olub və avrokuboklara vəsiqə qazanıb. Bundan əvvəl isə Yunanıstan çempionatında çıxış etmişdi.

- Oyunun gedişatında Rəşad Sadiqovu da meydanda gördük. Bu, oyunçu qıtlığı ilə bağlı idi, yoxsa qarşıdakı mövsüm onu yenə meydanda görəcəyik?
- Sadiqov komandamızda oynayan məşqçi funksiyasını yerinə yetirir. Bu gün oyunçu qıtlığı var idi. Mövsümün gedişatında hansısa oyunda onun futbolçu kimi xidmətinə yenidən ehtiyac duya bilərik. Ümumilikdə isə Rəşadın komandanın daxilində olması vacibdir. O, komandada bir lider, ağsaqqal kimi olacaq. Buğünkü hala gəlincə, Kamara bir qədər özünü pis hiss etdiyindən, Sadiqovu meydana buraxdım.

- Seleksiyaçı-məşqçi Bəxtiyar Musayevin yola salınma səbəbi nə ilə əlaqədardır?
- Bu, rəhbərlik səviyyəsində verilən qərardır. Futbolçulardan savayı, bir sıra əməkdaş oldu ki, ixtisara salındı.
 
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

Facebookdan bizi izləməyi unutmayın.
X