Cənubi Amerikanın Futbol Konfederasiyası Argentina millisinin futbolçusu Lionel Messiyə ağır cəza verə bilər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, buna ulduz futbolçunun federasiyanı korrupsiyada ittiham etməsi səbəb olub. Bu açıqlama Messinin 2 il milli komandadan kənarlaşdırılmasına səbəb ola bilər. Belə olan halda "Barselona"nın ulduzu 2020-ci il Amerika Kuboku və 2022-ci ilə dünya çempionatının seçmə mərhələsini buraxacaq.
Qeyd edək ki, Messi qırmızı vərəqə aldığı Çili ilə Amerika Kubokunun 3-cü yer uğrunda oyunundan sonra federasiyanı korrupsiyada ittiham edib. O, yarışın təşkilatçılarının Braziliyanı turnirin qalibi etməyə çalışmaqda günahlandırıb.
Fanat.Az